"VTB Bank"-da 16 sentyabrdan etibarən müştərilərin qarşılanmasında problemlər yaranacaq.
"Kommersant.az" xəbər verir ki, "VTB Bank (Rusiya)" sabah gecə saatlarından etibarən mobil versiyanın yenilənməsi ilə əlaqədar işləməyəcəyini bildirib. Bankın, xüsusən, "VTB-Online" və "VTB Business Online" mobil tətbiqləri hüquqi şəxslər üçün istifadə olunmayacaq.
Bankın mətbuat xidməti yenilənmənin ən qısa vaxtda başa çatdırılaraq müştərilərin istifadəsinə veriləcəyini bildirib.