USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb"

16.09.2018 İqtisadiyyat
0 0
"Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir. Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib. Bu, dünyanın Azərbaycana olan dəstəyinin təzahürüdür".

“Kommersant.az” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bildirib.
"İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq", - deyə prezident əlavə edib.

  • Əvvəlki

    Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0