USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına start verilib

16.09.2018 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına start verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Kommersant.az"a bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
Aylıq ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması və digər zəruri tədbirlər həyata keçiriləcək.

  • Əvvəlki

    Ümumvətəndaş pasportu ilə təmin olunması üçün 9 şəhərdə regional şöbə fəaliyyət göstərir

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0