Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.
"Kommersant.az" xəbər verir ki, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.
"Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını böyük məmnuniyyətlə bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da artmasını planlaşdırırıq", "Silk Way West Airlines"in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.