USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq

19.09.2018 İqtisadiyyat
0 0
“Azəriqaz” İstehsalat Birliyi (İB) sentyabr ayının 21-dən etibarən “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq.

İB-dən "Kommersant.az"a bildirilib ki, əsas hədəflərdən biri regionlarda açılacaq "ASAN Kommunal" mərkəzlərində "Azəriqaz" tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış "Səyyar ASAN" avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılacaq.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsində əsas məqsəd "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.