USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bal istehsalını artıracaq

19.09.2018 İqtisadiyyat
0 0
Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb:

“Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır”.

Proqnozların azalmasına gəlincə B.Həsrətov bildirib ki, bu problem bəzi regionlarda qeydə alınmış hava şəraiti ilə əlaqədar olub. Daha əvvəl, Assosiasiya 2018-ci ildə 5.000 ton balın istehsal olunacağını proqnozlaşdırmışdı:

“Bir sıra dağlıq və dağətəyi rayonlarda, xüsusilə şimal-qərb və şimal rayonlarında məhsuldarlıq aşağı olub. Bunun səbəbi soyuq yaz, daha sonra qəfil istiləşmə olub. Nəticədə çiçəklər kifayət tozcuq verə bilməyib. Amma bəzi aran rayonlarında və ölkənin cənubunda yüksək məhsuldarlıq qeydə alınıb, bəzi yerlərdə bir arı ailəsindən 50 kiloqramadək məhsul götürülüb. Ona görə də məhsuldarlıq ötənilki səviyyədə qalıb. Ötən il bu regionlarda hər arı ailəsindən 20 kiloqramadək məhsul təşkil edib. Bu sahədə əhəmiyyətli artım qeydə alınıb”.

  • Əvvəlki

    Azərbaycanda qızıl və gümüş bahalaşdı

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0