USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil satışları artdı

20.09.2018 İqtisadiyyat
0 0
Almaniya avtomobilləri üstünlüyünü qoruyur.

"Kommersant.az" xəbər verir ki, Avropa Birliyi avtomobil bazarında topdan satışlar avqust ayında ötən ilin eyni dönəmi ilə müqayisədə 31,2% artıb.

Avropa Avtomobil İstehsalçıları Birliyi cari ilin avqust ayına olan hesabatı açıqlayıb. Hesabata görə, satışlar 31,2% artaraq 1 milyon 134 min 288 ədəd olaraq qeyd edilib.

Hesabatda o da qeyd olunur ki, Avropa Birliyinin 28 ölkəsi arasında bazara çıxarılan avtomobillərin əksəriyyəti Almaniya istehsalçılarına məxsusdur.