USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İnflyasiya 2 il yüksək olaraq qalacaq"

20.09.2018 İqtisadiyyat
0 0
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Orta Müddətli Proqramı açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, Proqram 3 ili əhatə edir.

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, Orta Müddətli Proqramın açıqlanması ərəfəsində məzənnə cüzi də olsa hərəkətə gəldi:

"Lirənin son günlərdə dəyər qazanmasının əsas səbəblərindən biri məhz Türkiyədə Orta Müddətli Proqramın açıqlanmasının gözlənilməsi idi. Proqram açıqlanmağa başlayanda dollar/TL 6.19 idi. Hazırda isə 6.22 səviyyəsini görüb. Yeni proqrama əsasən, büdcə kəsirin azaldılması istiqamətində addımlar atılacaq (xüsusilə də "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması). Qarşıdakı 2 ildə Türkiyə iqtisadiyyatında kiçilmə (ÜDM-un azalması) müşahidə olunacaq. Ölkədə inflyasiya 2 il ərzində yüksək olaraq qalacaq. 2021-ci ildən etibarən düşmə ehtimalı var".

İqtisadçı qeyd edib ki, 2019-cu ildə Türkiyə hökumətinin xərcləri 76 milyard TL azaldacağı nəzərdə tutulur:

"Diqqət çəkən digər məqamlardan biri də ixracat yönümlü sahələrə investisiya təşviqinin verilməsidir (petrokimya, nanotexnologiyalar və dərman sektoru). Türkiyədə işsizlik səviyyəsi yaxın 2 il ərzində yüksək səviyyədə qalacaq. Plana görə, 2021-ci ildə işsizliyin 10%-a qədər azaldılması nəzərdə tutulur".

Xatırladaq ki, dünən Türkiyədə dollar 2%-dən çox düşərək 6.2503 lirədən bağlanmışdı. Bu gün isə 1 dollar 0,31% bahalaşaraq 6,2682 lirə olub.