"Kommersant.az" xəbər verir ki, pul kimi qədim tarixə malik məfhumun kredit kimi qədim tarixə malik anlayışı var. Odur ki, kreditlərlə bağlı maraqlı faktları sizə təqdim edirik:
1) Arxeoloji qazıntılar kreditlərin ilk dəfə VIII əsrdə Türkiyə, İraq və Misirdə yarandığını göstərir.
2) Bəs o dövrdə krediti verə bilməyənlərin taleyinin necə olduğunu öyrənmək istəyirsiniz? Məsələn, Babilistanda borcunu ödəyə bilməyən borc qarşılığında övladını nökər olaraq "bankir"ə satırdı.
3) Romada da borcu ödəyə bilməyələr üçün xüsusi qaydalar olub. Belə ki, borcunu qayatara bilməyən şəxsi 30 gün həbsdə saxlayır və bu müddətdə dostlarından, ailəsindən birinin borcu ödəməsini gözləyərmişlər. Borc ödənmədiyi halda pul verən şəxs borclunu nökər kimi işlədə və ya bazarda sata bilərmiş.
4) İpoteka kreditləri isə ilk dəfə Yunanıstanda yaranıb və "hypotheke" adlanırmış.
5) Hazırda dünyanın ən zəmanətli bankları İsveç bankları hesab edilir. Amma ilk banklar 1472-c ildə "BancaMontedeiPaschidiSiena" adı ilə İsveçdə yox, İtaliyada yaranıb.
6) Keçmişdə kredit götürənlərin əksəriyyəti isə düşündüyünüz kimi kasıblar yox, kral və imtiyazlı təbəqəni nümayəndələri olub.
7) Əgər kreditorların hörmətli şəxslər olduğunu düşünürsünüzsə, burada da yanılırsınız. Hələ 1179-cu ildə Romada kreditorlara kilsəyə giriş qadağan edilib. Səbəb isə onların daşürək olduğu fikri olub.