USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gənclər işsiz qalacaq

21.09.2018 İqtisadiyyat
0 0
2030-cu ildə 2 milyard gənc işsiz qala bilər.

"Kommersant.az" xəbər verir ki, təqribən 2 milyard gənc 2030-cu ildə lazımi bacarıq və ya keyfiyyətlərin olmaması səbəbindən işsiz qala bilər. Belə ki, "Deloitte" şirkətinin və beynəlxalq biznes koalisiyasının apardığı araşdırmaya görə, dördüncü sənaye inqilabı yeni texnologiyaların görünməmiş sürətlə inkişafına və nəticədə yalnız iş növlərinin yox, onların icra yollarının da tamamilə dəyişməsinə gətirib çıxarır. İnsanlar isə sürətlə inkişaf edən texnologiya ilə işləyəcək sürəti yığa bilmədikdə iş yerlərində uyğunsuzluq yaranır.

Mütəxəssislər bu vəziyyətin ildən-ilə daha da inkişaf edəcəyini və növbəti onillikdə artıq təqribən 2 milyard gəncin işsiz qalacağını bildiriblər. Onların məsləhətinə əsasan, işsiz qalmaq istəməyənlər dərhal yeniliklərə açıq, yeni texnologiyalara yönəlmiş peşələr seçməli, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməlidirlər.