"Kommersant.az" xəbər verir ki, Türkiyə prezidenti Receb Tayyip Erdoğan türk lirəsinin dəyərinin qorunması məqsədi ilə kirayələrin verilməsində lirədən istifadə olunması tapşırığını versə də, hələ də dollar və avro ilə elanlara rastlanılır.
Əmlakçılar isə məsələnin əmlak sahibləri ilə bağlı olduğunu bildirib və sadəcə tələbi yerinə yetirdiklərini söyləyiblər. Onların sözlərinə görə, rəsmi sənədləşmə tl ilə aparılsa da, qeyri-rəsmi olaraq fərqli valyuta növlərindən istifadə olunur.