"Kommersant.az" xəbər verir ki, Türkiyənin Energetika Bazarı Tənzimləmə Qurumu tərəfindən 3 yanacaqdoldurma məntəqəsinə toplamda 359 796 AZN dəyərində cəza verilib.
EBTQ-dən verilən açıqlamada məntəqələrdə yanacağın tərkibində qadağan olunmuş qarışımların olması, nəqliyyat vasitələrinin sağlam işləməsinə mane olacaq müdaxilələrin aşkarlanması və bənzər səbəblərə görə cəza tətbiq olunduğu bildirilib. Açıqlamada o da göstərilib ki, eyni səbəblərlə daha 4 məntəqədən yazılı izahat tələb olunub.