"Kommersant.az" xəbər verir ki, NASA və Kaliforniya universitetinin mütəxəssisləri Qrinlandiyada olan buzlaqların qlobal isinməyə görə düşünüləndən daha tez əridiyini müşahidə ediblər. Mütəxəssislər bu ərimənin bəşəriyyət üçün əhəmiyyətli nəticələr verəcəyini iddia edirlər.
Belə ki, buzlaqların əriməsi dünya dənizlərinin və okeanlarının 7 metrə qədər yüksəlməsinə səbəb olacaq. Hətta mütəxəssislərin sözlərinə görə, ərimə bu qədər sürətlə gedərsə, 2100-cü ildə dünyadakı su hövzələri 20 sm yüksəkliyə qalxa bilər.
Qeyd edək ki, bu araşdırmayadək Qrinlandiya buzlaqlarının 1000 il ərzində əriyəcəyi ehtimal edilirdi. Son araşdırma ehtimalları yalanlayıb və həyəcan təbili çalmağa əsas verib.