Şəxsi məlumatlarınızı paylaşsanız rədd cavabı ala bilərsiniz.
"Kommersant.az" xəbər verir ki, hazırda gənclərin əksəriyyətinin müraciət etdiyi ipoteka kreditləri çətin verilən kredit növü kimi tanınır. Sizə təqdim edəcəyimiz materialda ipotekanı müraciət edilən andan almağın yolları verilib.
1) Əvvəlcə ipoteka götürmək istədiyiniz holdinqin şərtlərini doğru araşdırmalısınız.
2) Növbəti addım kredit almaq üçün banklara müraciət etməkdir. Rədd cavabı verildiyi halda vaxt itirmədən növbəti banka, hətta eyni anda bir neçə banka da təklif göndərə bilərsiniz.
3) Bəzi vətəndaşlar bankdan razılıq aldıqdan sonra bank işçisiylə söhbət zamanı şəxsi məlumatlarrını paylaşır ki, bunun da əsasında sonradan bankdan rədd cavabı verilir. Bu da o deməkdir ki, qeyri-rəsmi şərtləri də diqqətdən qaçırmaq olmaz.
4) Son olaraq hər işdə olduğu kimi burada da ata biləcəyiniz ən doğru addım, işin mütəxəssisinə müraciət etməkdir.