"Kommersant.az" xəbər verir ki, "Porsche" deyəsən bu dəfə "dizel işi"ndən həqiqətən çıxacaq. Belə ki, bu səhər şirkət tərəfindən verilən açıqlamada, "Porsche"nin dizel mühərrikli avtomobillərə marağın azalması səbəbindən dizel sistemlərin istehsalını dayandıracağı bildirilib.
Şirkətin rəhbəri Oliver Blume, "Porsche"nin dizeli "şeytanlaşdırmadığını" və bu yanacaq növünün dünya üçün əhəmiyyətini saxladığını vurğulayaraq dizeldən imtina etdiklərini söyləyib.
Oliver onu da əlavə edib ki, bundan sonra şirkətin istehsal etdiyi avtomobillərdə ilk şərt ekoloji təhlükəsizliyin təmin edilməsi olacaq. 2025-ci ildən sonra isə hər iki avtomobildən biri elektrik mühərrikli olacaq.