"Kommersant.az" xəbər verir ki, iki nəhəng şirkət "Toyota" və "Google" "Android Avto" sazişini bağlamağın bir addımlığındadır.
Son illər bir sıra məşhur şirkətlərlə "Android Avto" müqaviləsi bağlayan "Google"ın sistemi yaxın günlərdə "Toyota"da da işləməyə başlayacaq.
Qeyd edək ki, "Toyota" illərdir bu sazişə razılıq vermirdi və şirkətin "Avalon", "Corolla Hatchback" və "RAV4" modellərində "Apple" sistemi keçərli idi.