USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kontakt Home"da maliyyə direktoru yeri üçün - VAKANSİYA

24.09.2018 İqtisadiyyat
0 0
"Kontakt Home" mağazalar şəbəkəsi maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Tələblər:

• Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
• 1C Proqramını, Microsoft Office proqramlarını əla səviyyədə bilmək
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Vəzifə öhdəlikləri:

• Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
• Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
• Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək
• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
• İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
• Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
• Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi
• Büdcə icrasının monitorinqi və təhlil edilməsi
• Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
• İllik biznes planlaşdırılmasında iştirak etmək
• Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Maliyyə direktoru" qeyd edərək CV formasını
[email protected] elektron ünvanına göndərmək xahiş olunur.

  • Əvvəlki

    "Nikoil Bank" mütəxəssis axtarır - VAKANSİYA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0