“Kommersant.az” xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Belə ki, nazirliyin hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir İnam Kərimovun müavini vəzifəsinə təyin edilib.
Təhsilini Türkiyədə başa vuran İlhamə Qədirova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Qeyd edək ki, İlhamə Qədimova Kənd Təsərrüfatı Nazirliyində 2018-ci ilin may ayından etibarən nazirliyin hüquq şöbəsinin müdiri kimi çalışmağa başlayıb.