"Kommersant.az" xəbər verir ki, İsveçin avtomobil istehsalçısı "Volvo" ABŞ-ın sanksiyalarına görə İrana yük maşını montajını dayandırıb.
Şirkətdən verilən rəsmi açıqlamada İranda sanksiyalar səbəbindən bank sisteminin işləmədiyini, ölkədən alacaqlarını ala bilmədiklərini və bu səbəbdən də ölkəni tərk edəcəklərini bildiriblər.
Qeyd edək ki, ötən həftə eyni səbəblə "Volkswagen" İranla olan iş birliyinə son vermişdi.