USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunda yeni vəzifələr

25.09.2018 İqtisadiyyat
0 0
Bu bacarıqlara yiyələnməyiniz məsləhətdir.

"Kommersant.az" xəbər verir ki, HSBC bank sektorunda gələcəkdə 6 yeni vəzifənin aparıcı olacağını bildirib. Bankın apardığı araşdırmaya görə, sözügedən vəzifələr üçün 3 əsas ortaq bacarıq tələb olunur. Onlar maraq, yaradıcılıq, ünsiyyətcillikdir ki, bu da insanları robotlardan fərqləndirəcək. Bankda işləmək istəyən və ya işini sığortalamaq istəyənlər bu bacarıqlara yiyələnməlidir.

Araşdırmadan çıxan nəticədə deyilir ki, başqa sahələrdən fərqli olaraq süni intellekt, bank sektorunda aparıcı rol oynamayacaq. Həmin vəzifələrin adlarını sadalayırıq:

1) Həqiqi reallığın ayırd edilməsi üçün dizayner;

2) Alqoritm texniki;

3) İnteraktiv interfeys dizayneri;

4) Universal xidmət məsləhətçisi;

5) Rəqəmsal prosessor mühəndisi;

6) Tərəfdaşlıq provayderi;