USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Türkiyədə 113 Azərbaycan şirkəti yaradılıb - SƏBƏBLƏR

25.09.2018 İqtisadiyyat
0 0
Türkiyədə Azərbaycan kapitalı ilə yaradılan şirkətlərin sayı artmaqdadır.

"Kommersant.az" xəbər verir ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə Azərbaycan kapitallı 113 şirkət yaradılıb. Bu isə ötən ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 17 ədəd çoxdur.

"Azərbaycandan Türkiyəyə investisiya axını, xüsusilə 2015-ci ildən sonra (Azərbaycanda baş verən devalvasiyalardan sonra) daha da sürətləndi".

Bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, devalvasiya ərəfəsində ölkədə xeyli şirkətlər bağlandı, onların sahibləri obyektlərini xarici ölkələrə köçürdülər:

"Kapital axınının əsas istiqamətləri Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rusiya oldu. Bu gün Azərbaycandan Türkiyəyə həm neft, həm də qeyri-neft sahəsi üzrə investisiyalar yatırılır (neft üstünlük təşkil edir). Türkiyə valyutasının ucuzlaşması, daşınmaz əmlak bazarındakı qiymət enmələri ölkə bazarının cəlbediciliyini artırır. Azərbaycanlı iş adamları orada toxuculuq və tikiş sənayesi ilə bağlı şirkətlər yaradaraq məhsulların Azərbaycanda satışını həyata keçirirlər. Ümumilikdə, Türkiyə biznes mühiti üçün Azərbaycanla müqayisədə daha əlverişlidir".

İqtisadçı bildirib ki, Azərbaycandan Türkiyəyə kapital axını davam edəcək:

"Rusiya və İran iqtisadiyyatı sanksiyalardan dolayı bir qədər dumanlı görünür. Türkiyə bazarı həmin ölkələrin bazarları ilə müqayisədə daha böyük olduğundan, cəlbediciliyini qoruyub saxlaya bilir. Lakin eyni zamanda vurğulamaq lazımdır ki, Türkiyədə siyasi proseslər iqtisadi prosesləri üstələyib. Ölkədə baş verənlər prosesin sürətinə təsir göstərə bilər".