USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Çinə xəbərdarlıq

25.09.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Çinə qarşı vergi rüsumları qüvvəyə mindi.

"Kommersant.az" xəbər verir ki, ötən gecədən etibarən ABŞ-ın Çinə qarşı tətbiq etdiyi 200 milyard dollar dəyərində gömrük rüsumu qüvvəyə minib. Beynəlxalq kredit dərəcələndirmə agentliyi "Moody’s" proseslə bağlı hər iki ölkəyə xəbərdarlıq edib.

Agentlikdən verilən açıqlamada bildirilib ki, gömrük rüsumu həm ABŞ, həm də Çinin fərqli sektorda çalışan şirkətlərinin kredit faizi dərəcələrinin aşağı düşəcəyi mənasını verir. Bu isə o deməkdir ki, hər iki ölkənin iqtisadiyyatı zərər görəcək.