USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yoxsulluq dərəcəsi azalıb

25.09.2018 İqtisadiyyat
0 0
Türkiyə Dövlət Statistika Komitəsi açıqlama verib.

"Kommersant.az" xəbər verir ki, Türkiyədə yoxsulluq dərəcəsi ən çox şərq bölgəsində azalıb. Belə ki, yoxsulluq Anadolunun şərqində 12,1% - dən 9,5% - ə, Anadolunun qərbində isə 12,7% - dən 10,2% - ə qədər geriləyib.

Türkiyənin Statistika Komitəsindən (TSK) verilən məlumata görə, ötən illə müqayisədə ölkədə yoxsulluq dərəcəsi aşağı düşüb. Qeyd edək ki, ötən il ölkədə yoxsulluq dərəcəsi 13,5% səviyyəsində olub.