USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa prezidenti ABŞ-a qarşı çıxıb - İRANA DƏSTƏK OLDU

26.09.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.

"Kommersant.az" xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin [düşməsi] üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib.

"Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib.

Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub".

"Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib.

Report

  • Əvvəlki

    Azərbaycan xarici kreditlə göl bərpa etmək istəyir

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0