USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ticarət dövriyyəsində artım olacaq" - TƏHLİL

26.09.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Bolqarıstan Baş nazirinin müavinini qəbul edib.

"Kommersant.az"ın məlumatına görə, Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirib.

Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələr 1992-ci ilin 5 iyununda qurulub. Qarşılıqlı əlaqələrin təməli 1995-ci il tarixli "Dostluq və əməkdaşlıq haqqında Saziş" ilə qoyulub. 2015-ci ildə ölkələr arasında "Strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə'' imzalanıb.

2013-2016-cı illər ərzində isə Azərbaycanla Bolqarıstan arasında aşağıdakı sənədlər imzalanıb:

"Bolqarıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəetmə sahəsində əməkdaşlığa dair Saziş'';

Bolqarıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında ətraf mühitin qorunması haqqında Anlaşma Memorandumu'';

"Bolqarıstan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş'';

"Bolqarıstan Respublikası Kənd Təsərrüfatı və Qida Nazirliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu'';

"Bolqarıstan Respublikası Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol'';

"Azərbaycan Respublikası Prokurorluğu və Bolqarıstan Respublikası Prokurorluğu arasında Əməkdaşlıq Proqramı''.

Ölkələr arasında enerji sahəsində əməkdaşlığın əsas nəticəsi ildə 1 milyard kub metr təbii qaz təchizatını əlavə miqdarın danışıqlar əsasında mümkünlüyünü nəzərdə tutan 2013-cü ildə imzalanan müqavilə olub.

Bolqarıstan tərəfi Cənub Qaz Dəhlizinin tikintisinə böyük əhəmiyyət verir. Son illərdə ticarət əlaqələri Bolqarıstanın Azərbaycana ixracatında əczaçılıq məhsulları və neft yağlarının həcminin artması ilə xarakterizə olunur.

Azərbaycanla Bolqarıstan iqtisadi əlaqələrini şərh edən iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 37 milyon dollardır:

"Ticarət dövriyyəsində artımın müşahidə olunacağı gözlənilir. Bolqarıstan daxili şəbəkə vasitəsilə "Trans-Adriatik" (TAP) qaz boru kəmərindən mavi qaz alacaq. Bolqarıstan təxminən 1 milyard kubmetrə yaxın mavi qazı Azərbaycandan idxal etmək niyyətindədir. 2020-ci ildən etibarən nəql etmə imkanına malik olacaq. Azərbaycan Bolqarıstandan qida məhsulları idxal edir. Ölkələr arasında enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları var. Azərbaycanla Bolqarıstan arasında birbaşa hava nəqliyyatı var. Bu isə iki ölkə arasında turizmin inkişafına birbaşa zəmin formalaşdırır".

  • Əvvəlki

    Banklar kredit vermir - BORCLAR MƏNİ SIXIR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0