"Kommersant.az" xəbər verir ki, dünyanın fərqli ölkələrində uşaq oxutmaq ailələrə müxtəlif xərclərə başa gəlir. Yəni, məsələn, ABŞ-da təhsil almaqla Rusiya və ya Danimarkada təhsil almaq fərqlidir.
Belə ki, ABŞ-da bir ailənin övladını məktəbə yola salması, ona ortalama 685 dollara başa gəlir. Ümumilikdə isə universitet təhsili də hesablanarsa, Amerikada bir uşağın oxuması üçün 83 milyard dollar vəsait lazımdır.
Danimarka dünyanın ən yaxşı təhsil verən ölkələri arasında ilk beşlikdə yer alır. Qeyd edək ki, ibtidai təhsil dövründə şagird məktəbdə 1000 saatdan çox vaxt keçir. Rusiyada isə bu rəqəm 500-dür. Amma buna baxmayaraq, Rusiyada oxuma-yazma faizi 100/100-dür.
Dünyada ən bahalı təhsil xərcləri isə Honq-Konqdadır. Belə ki, burada bir uşağın universitet xərcləri də daxil olmaqla təhsili üçün 131 min dollar vəsait tələb olunur.
BƏƏ-də bu rəqəm 99 min dollar, Sinqapurdaa 71 min dollar, Fransada 16 min dollardır.