"Kommersant.az" xəbər verir ki, ABŞ Mərkəzi Bankının (FES) sentyabr ayında baş tutan iclasından sonra bu il üçüncü faiz artımı olacağı ilə bağlı məlumatlar yayılıb.
ABŞ iqtisadçıları FES-in bugünkü iclasından sonra proqnozlarını açıqlayıb. Belə ki, politik faiz dərəcəsinin artırılaraq 2 – 2,25% aralığında yüksələcəyini bildirən ekspertlər əslində bu qərarın heç kimi təəccübləndirmədiyini bildiriblər.
Hazırda hər kəs faiz artımı ilə bağlı qərarın rəsmiləşdirilməsini və FES-dən gələcək növbəti qərarı gözləyir.