ABŞ kino ulduzu və pop-estrada müğənnisi Cenifer Lopez əmlaklarının sayını artırıb.
"Kommersant.az" xəbər verir ki, "Bel-Air"də (Los-Anceles) 8 hektarlıq ərazi müğənniyə 40 milyon dollara başa gəlib. Mülk 30 otaq, 100 nəfərlik tutuma malik amfiteatr, açıq duş, qumlu sahilə malik hovuzdan ibarətdir.
Cenifer Lopez Kaliforniyadakı evini isə 12,5 milyon dollara satışa çıxarıb. Dağ və şəhər görüntüləri ilə əhatə olunan 17.000 kvadratmetrlik ev 9 yataq oyağı, səsyazma və rəqs studiyaları, xüsusi teras və 20 nəfərlik tutuma malik kiçik teatrdan ibarətdir. Müğənni adıçəkilən mülkü 2010-cu ildə 8,2 milyon dollara alıb.
Qeyd edək ki, amerikalı ulduzun Manhettendə 22 milyon dollarlıq, "Hamptons"da isə 10 milyon dollarlıq mülkləri var.