Ukraynanın “İndar” əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı müəssisəsi tikəcək.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bu ölkənin Müstəqillik Günü və Ukrayna dövlətçiliyinin 100 illiyi münasibətilə Bakıda keçirilən tədbirdəki çıxışında bildirib.
O, qeyd edib ki, müəssisənin tikintisi üçün hazırlıq işləri başa çatdırmaq üzrədir.
Səfir həmçinin yaxın vaxtlarda Bakıda Ukrayna Ticarət Evinin açılacağını da diqqətə çatdırıb.