Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,79 dollar və ya 1,10% bahalaşaraq 72,36 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,73 dollar və ya 0,90% yüksələrək 82,07 dollar olub.