"Kommersant.az" xəbər verir ki, "GoEuro" indeksinə əsasən sizə ən bahalı turistik məkanların siyahısını təqdim edəcəyik. Siyahıya görə İsveçrənin dağ- kurort şəhəri St. Moritz dünyanın ən bahalı turistik məkanlarından hesab olunur.
Belə ki, "GoEuro" indeksinə görə, istirahət etmək istəyənlər üçün "Big Apple"-da 1 gecə qalmaq orta hesabla 246 dollar, St Moritzdə 183 dollar, üçüncü yerdə olan Makaoda isə 168 dollardır.
Sıralama belə davam edir: Nassau 150 dollar, Boston 147 dollar, Venesiya 146 dollar, Dubay 142 dollar, San Francisco 141 dollar, Monte Carlo 134 dollar, İsveç 139 dollar, London 130 dollar, Çin 125 dollar, Amsterdam 120 dollar, Paris 117 dollar, Liverpul 117 dollar, Sidney 114 dollar.
Onu da qeyd edək ki, yaşayışın ortalama qiyməti mənzil və ya hoteldə qalmaq seçiminizə görə dəyişə bilir.