"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump ötən gün OPEC-i oğurluqda günahlandıraraq neft qiymətlərini aşağı salmağı tələb edib.
Trumpın bu qədər narahat olmasına səbəb isə ABŞ-a müttəfiq sayılan ölkələrin neft qiymətlərinin yüksək olması səbəbindən yaşanacaq böhran sonrası ABŞ-dan üz döndərmələri ehtimalıdır. Çünki Amerika həmin ölkələrə onları qoruduğuna dair təminat verir.
Bu səbəbdən da Trump, son çıxışlarında emosionallığı ilə yadda qalır və OPEC-dən neft qiymətlərini aşağı salmağı tələb edir.