Tədqiqatçılar hesab edir ki, qacetlər insanın inkişaf qabiliyyətinə mənfi təsir göstərir.
"Kommersant.az" xəbər verir ki, Şərqi Ontario Uşaq Hospitalının (CHEO) mütəxəssislərinin fikirlərinə görə, texnologiyalar uşaq və yeniyetmələrin beyin fəaliyyətini azaldaraq, normal inkişafına mane olur. Nəticədə isə onlarda yuxusuzluq, psixi və sinir xəstəlikləri yarana bilər.
Tədqiqatçıların hesablamalarına görə, hər 20 uşaqdan yalnız 1-i qacetlərdən təlimatı üzrə istifadə edir. Həkimlərin tövsiyələrinə məhəl qoymayan uşaqlarda isə sağlamlıqla bağlı ciddi pozuntular aşkarlanır. Mütəxəssislər valideynləri diqqətli olmağa çağırıb.