USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vladimir Putin: "Rosneft" və SOCAR birgə iş görəcək

27.09.2018 İqtisadiyyat
0 0
“Rosneft” və SOCAR yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq".

"Kommersant.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər: "Bu barədə artıq deyilib, "Rosneft" şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə yaxın vaxtlarda "Qoşadaş" neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. "LUKoil" Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan "Transneft" Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir".

  • Əvvəlki

    SOCAR metanol zavodu tikəcək

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0