Bakı və Mahaçqala şəhərləri arasında birbaşa aviareys açılacaq.
"Kommersant.az" xəbər verir ki, Dağıstan və Azərbaycan arasında bu aviareysin qurulması üzrə əməkdaşlıq haqqında memorandum Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov aralarında imzalanıb.
Mahaçqala aeroportunun baş direktoru müavini Kamila Qamzatova qeyd edib ki, sənəd Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.