Türkiyədə təhlükəli hesab olunan işlərdə sağlamlıq kağızı olmayanlar işsiz qalacaq.
"Kommersant.az" xəbər verir ki, Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən verilən məlumata görə, "təhlükəli" və "çox təhlükəli" kateqoriyasına aid edilən maşinist, avtomobil ustası, qaynaqçı, PVC doğrama montajçısı və s. kimi sənətlərin daxil edildiyi 33 iş yerində işçilər bundan sonra "sağlamlıq kağızı" olmadan işləyə bilməyəcək.
Qeyd edək ki, nazirliyin bu qərarından sonra artıq 401 495 nəfərə sağlamlıq kağızı verilib.