Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,15 dollar və ya 0,21% bahalaşaraq 72,27 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,02 dollar və ya 0,02% enərək 81,70 dollar olub.