USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ova çıxdı, min manat cərimələndi

28.09.2018 İqtisadiyyat
0 0
Nazirlik tərəfindən icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Kommersant.az"a verilən məlumata görə, nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma zamanı, brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.