"Kommersant.az " xəbər verir ki, son günlər türk mediası xüsusilə ayaqqabı və inşaat məhsulları istehsal edən şirkətlərin iflas xəbərləri ilə gündəmdədir. Belə ki, gərgin iqtisadi dönəmdən çıxa bilməyən şirkətlər ard-arda iflas bayrağı qaldırır.
Belə şirkətlərin sırasına, ötən gün biri də qoşulub. Türkiyənin məşhur kabab restoranı zəncirləri olan "Kaşıbeyaz" iflasla bağlı məhkəməyə müraciət edib.
Təməli 45 il əvvəl atılan restoran açıqlamasında maliyyə problemlərini həll edə bilmədiyini söyləyib.