USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 min reklamın yayımı dayandırıldı - SƏBƏBLƏR

28.09.2018 İqtisadiyyat
0 0
"Bu ilin iyul ayına qədər 2 minə yaxın reklam konstruksiyalarının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub".

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Vurğulanıb ki, bu zaman, təkcə reklam daşıyıcıları deyil, həmçinin reklamın məzmununa da nəzarət olunur. Azərbaycanın dilçilik prinsiplərinin, dövlət rəmzləri ilə bağlı tələblərin qorunmasına çalışılıb:

"Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib".

Agentlikdən bildirilib ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir:

"Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı" sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək".

Dövlət Reklam Agentliyindən, eyni zamanda qeyd ediblər ki, Agentliyin fəaliyyətinə dair sualların operativ cavablandırılması, inzibati-hüquq pozuntuları barədə zənglərin, həmçinin Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi məqsədi ilə yaradılan çağrı mərkəzi artıq fəaliyyətə başlayıb:

"Görülən işlərin hesabatı olaraq iyul ayında mediaya "Açıq qapı" günü təşkil olunub, jurnalistlərin ünvanlandığı suallar ətraflı və dolğun şəkildə cavablandırılıb".

  • Əvvəlki

    Yeni tətbiq hazırlanıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0