USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Venesiyada pivə içənlər cərimələnəcək

01.10.2018 İqtisadiyyat
0 0
Venesiya yenə də yeni və qəribə qadağaları ilə dünya gündəminə gəlib.

"Kommersant.az" xəbər verir ki, Venesiyada axşam və gecə saatlarında çantalarda spirt gəzdirmək qadağan ediləcək. Bu yolla yerli orqanların şəhərin küçələrində içkili insanların sayını azaltmağa çalışdığı deyilir. Spirtli içkiyə saat 19:00-dan sonra tətbiq ediləcək qadağa bu gündən icra olunacaq.

Qaydalar çantası olan və əlində 3 pivə şüşəsi ilə küçədə gəzənlərə şamil olunacaq. Mövzu ilə bağlı sosial şəbəkədə müzakirə aparan yerli sakinlər bu addımın şəhərdə turistlərin sayının azaldılması məqsədilə atıldığını bildirib. Sakinlər turistlərin çoxluğuna görə kirayə bazarında hədsiz bahalaşmadan da narazıdır. Onların əksəriyyəti bu səbəbdən şəhəri tərk edir. Məlumata görə, Venesiyanın əhalisi 1951-ci ildə 175 000 nəfər idisə, hazırda 55 000 nəfər təşkil edir.

Xatırladaq ki, bundan əvvəl Venesiyada nərdivanlarda oturan, yemək yeyən və şəhərdə velosiped sürənlərə cərimə tətbiqi nəzərdə tutulurdu.