USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Saxta sənədlə Həcc ziyarəti

01.10.2018 İqtisadiyyat
0 0
20 nəfər saxlanılıb.

"Kommersant.az" xəbər verir ki, bir qrup şəxs Türkiyədə saxta səyahət agentliyi açıb. Həmin şəxslər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Nasco" adlı şirkətdən dəvət almış kimi saxta sənədlə 120 türk vətəndaşa ticari viza ala bilib.

"Nasco" vəziyyətin nə yerdə olduğunu anlayaraq ölkə səlahiyyətlilərinə bu barədə xəbər verdikdən sonra 20 türk vətəndaşı saxlanılıb. Onların Ərəbistandan çıxışına qadağa qoyulub. Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər il Həcc ziyarətinə getmək üçün müraciət edən insanlardan yalnız Səudiyyə Ərəbistanı tərəfindən püşkatma zamanı adı çıxanlar haqq qazanır. Bunun xaricində heç bir vasitə ilə müqəddəs torpaqlara ayaq basmaq mümkün deyil.