"Kommersant.az" xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom" Türkiyədə fəaliyyət göstərən "Bosphorus Gaz Corporation"dakı 71%-lik hissəsini satışa çıxarıb.
Hissələri alan şirkətin də adı açıqlanıb. Belə ki, hissələri sözügedən şirkətdə 29% hissəsi olan "Şen Qrup" alıb. Lakin ticarətin maliyyə dəyəri hələ açıqlanmayıb.
Qeyd edək ki, "Bosphorus Gaz Corporation" Türkiyədə ilk təbii qaz idxal edən şirkəti olub.