USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" neftini alternativ mənbələr əvəzləyəcək - EKSPERT RƏYİ

02.10.2018 İqtisadiyyat
0 0
"Brent" markalı neftin qiyməti 2019-cu ilin ikinci yarısından etibarən aşağı düşməyə meylli olacaq.

Bunu "Kommersant.az"a açıqlamasında iqtisadçı ekspert İlham Şaban "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozlar barədə danışarkən deyib. Onun sözlərinə görə, bir sıra ABŞ bankları sentyabrdan etibarən "Brent" markalı neft üçün orta qiymətin 80 dollar olacağına dair məlumat yayıblar:

"Neftin hətta 82-83 dollara qədər artımı ilə bağlı informasiyalar səslənməkdədir. Beynəlxalq Enerji Agentliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu neftin qiymətilə bağlı proqnozlarını noyabrda açıqlayacaq. Noyabrdan sonra İrana qarşı tətbiq ediləcək sanksiyalarla bağlı bu ilin sonu, gələn ilin ilk ayı neftin qiymətinin 100 dolları keçə bilməsi haqqında mülahizələr var. Ancaq sonrakı dövr üçün bu, bazarda neftə olan tələbatın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq. Eyni zamanda bazar iştirakçılarının yenidən alternativ enerji mənbələrinə müraciətinə və dünya iqtisadiyyatının tempinin azalmasına gətirib çıxara bilər. Ötən ilin noyabrında səsləndirilən proqnozlara əsasən, neftin qiyməti 57-59 dollar civarında nəzərdə tutulmuşdu. Hazırda isə neftin orta qiyməti 75 dollar civarında götürülür. 2019-cu ildə neftin qiymətinin 75,80 dollar ətrafında olacağı daha reallığa uyğundur".

Ekspert bildirib ki, neftin qiymətinin 1 günlük qalxmasının heç bir əhəmiyyəti yoxdur:

"Qiymət artımı 2017-ci ildə böyük templə olmuşdu (54,5 dollar). Bu isə 2016-cı illə müqayisədə 15% qiymət artımı deməkdir. 2008-ci ilin iyununda "Brent" markalı neftin qiyməti 148 dollar idi. Həmin il neftin orta qiyməti 96 dollar idi".