"Pew Research Center" 5 dünya liderinə münasibətlə bağlı tədqiqat aparıb.
"Kommersant.az" xəbər verir ki, 25 ölkədə aparılmış sorğunun nəticələrinə əsasən, ABŞ prezidenti Donald Tramp ölkə başçılarına inama görə digər dövlət rəhbərləri arasında ən az səs faizi-25% toplayıb.
Reytinqdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Çinpinin də adı var. Onların sıralaması isə belədir: Merkel-52%, Makron-46%, Çinpin-34%, Putin-30%.
Tədqiqat müəllifləri hesab edir ki, hakimiyyətinin ikinci ilində Donald Trampın reytinqi Barak Obamayla müqayisədə aşağıdır.