USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1200 nəfər iş ilə təmin olunub - HESABAT

02.10.2018 İqtisadiyyat
0 0
Sentyabr ayında 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Nazirlikdən "Kommersant.az"a daxil olan məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən sentyabr ayında ölkənin 19 rayon və şəhərində (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Qobustan, Lənkəran, Salyan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədi ilə əmək yarmarkaları keçirilib.

Yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə 1208 göndəriş verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 85 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 50 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

  • Əvvəlki

    Sahibkarların layihələrinə baxılacaq - YENİ MÜSABİQƏ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0