USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 nəfər 847 manat cərimələndi - SƏBƏB

02.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

  • Əvvəlki

    1200 nəfər iş ilə təmin olunub - HESABAT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0