"Kommersant.az" xəbər verir ki, Türkiyə tarix boyu Rusiyadan ilk dəfə rublla buğda alacaq. Belə ki, rus mətbuatından verilən məlumata görə, Türkiyə Rusiyadan 30 min ton yüksək proteinli buğda alacaq.
Alınan buğda üçün hər tona 17 min rubl ödənəcəyi bildirilən açıqlamada bu hesabla itkilərin minimuma endiriləcəyi gözləntisi də vurğulanıb.