Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
"Kommersant.az" Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb.
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.