USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada hər 5 şirkətdən 1-i batır

04.10.2018 İqtisadiyyat
0 0
Rus biznesmenlərinə vurulan ağır zərbə - şirkətlər zərər edir.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın Vergilər Nazirliyindən verilən məlumata görə, ötən il Rusiya şirkətlərinin 19%-i zərər edib. Belə ki, nazirlikdən verilən maliyyə hesabatına əsasən gəlir və çıxarları nəzərə alınarsa, demək olar ki, hər 5 şirkətdən 1-i zərərdədir.

Ekspertlərin fikrinə görə, bunun səbəbi müəyyən qədər iqtisadi böhran, müəyyən qədər isə vergi fırıldaqçılığıdır. Belə ki, şirkətlərin böyük əksəriyyəti ili sıfır gəlir və xərclə başa vurur. Vergilərin son zamanlar artırılması isə rus biznesmenlərinə vurulan ağır zərbə olub. Yəni bəzi şirkətlər bağlanmasa belə, artıq işləməsinin bir əhəmiyyəti yoxdur.

Məsələn, gəlirləri 35 milyard rubl olan bir neçə şirkətin hesabatı təhlil edilərkən müəyyən olunub ki, il boyu gəliri 51,2 milyon rubl olan şirkətin xərcləri 50,2 milyon rubldur. Halbuki vergilərin artırılmasına qədər sözügedən şirkətin gəliri 6 milyon rubl olub.

Qeyd edək ki, analoji hal bir sıra şirkətlərdə baş verib.